4 Noyabr 2016 11:56
1 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xırdalan şəhərində quldurluq cinayəti baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Qafqaz Universitetinin yaxınlığında yerləşən avtotəmir sexində qeydə alınıb.

Fərid Paşayevə məxsus “Range Rover” markalı avtomobil alqı-satqıdan öncə texniki baxışdan keçirmək məqsədi ilə avtotəmir sexinə gətirilib.

Təmir sexinin ustası, 1977-ci il təvəllüdlü Taleh Quliyev avtomobili idarə edərkən basqına məruz qalıb. Naməlum şəxs Taleh Quliyevi bıçaqla hədələyərək, avtomobili qaçırıb. Avtomobili qaçıran Abşeron rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən “Ər-Riyad” ticarət mərkəzinin qarşısında yaxalanıb.


Bu zaman maşın oğrusu bıçaqla polis əməkdaşlarına hücum edib. Tərk-silah edilən cinayətkar Abşeron rayon Polis İdarəsinə təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, cinayəti törədən Lənkəran şəhərində anadan olmuş və hazırda Sumqayıt şəhərində yaşayan, 1984-cü il təvəllüdlü İlqar Qurbanovdur. Onun əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər