4 Noyabr 2016 14:24
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda cümə namazı vaxtı məsciddə oğurluq olub.

Missiya.Az xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən «İlahiyyat» məscidində baş verib.

Naməlum şəxs məscidə namaza gələn şəxslərdən birinin ayaqqabısını oğurlayıb. Həmin şəxs oğurladığı ayaqqabının yerinə köhnəsini qoyub.

Hadisə ilə bağlı məscid rəhbərliyi araşdırma aparır.


Müəllif:

Oxşar xəbərlər