Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Dövlətinin (İŞİD) tərkibində döyüşməkdə təqsirləndirilən Orxan Adiyev, İbad Muxtarov, Məhəbbət Abdullayev və Nizami Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Mayıl Bayramovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Proses noyabrın 14-də davam edəcək.
Təqsirləndirilənlər Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs ediliblər. Onlar 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya və İraqın ərazisinə keçiblər. Həmin dövlətlərin ərazisində qanunsuz fəaliyyət göstərən İŞİD və digər terrorçu təşkilatların tərkibində döyüşüblər.
Hacı Zeynalov