7 Noyabr 2016 09:25
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Kürdəmir magistral avtomobil yolunun 151–ci km-də Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı “Mercedes” markalı avtomobili “Kamaz” markalı yük avtomobili ilə toqquşub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq “Mercedes” markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 05:17-də başa çatıb.


Müəllif: