7 Noyabr 2016 12:19
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirli bilinən Rüfət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, Rüfət Əliyevin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses noyabrın 14-də davam edəcək.

İttihama görə, Rüfət Əliyev ailə münaqişəsi zəminində həyat yoldaşı Bahar Məmmədovanı bıçaqlayıb. Vaxtında xəstəxanaya çatdırılan Bahar Məmmədovanın həyatını xilas etmək mümkün olub.

Rüfət Əliyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham olunur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər