Bərdə rayonunda bir neçə gün əvvəl ev şəraitində hazırlanmış pomidor turşusundan zəhərlənmiş 5 yaşlı Zahid Məmmədov xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, 45 yaşlı Könül Məmmədova və 20 yaşlı Pərviz Məmmədovun vəziyyət ağırdır, Digər iki nəfər - 25 yaşlı Kəmalə Məmmədova və 8 aylıq övladı Cihan Məmmədov evə buraxılıb.
Qeyd edək ki, noyabrın 1-də Bərdə rayonunun Xanərəb kəndində yaşayan bir ailənin 5 üzvü - 45 yaşlı Könül Məmmədova, 22 yaşlı Pərviz Məmmədov, 25 yaşlı Cəmalə Məmmədova, 5 yaşlı Zahid Məmmədov və 8 aylıq körpə Cihan Məmmədov zəhərlənmə diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan bildirilib ki, K.Məmmədova, P.Məmmədov və onların 5 yaşlı övladı Cahid Məmmədovun vəziyyətləri daha ağır olduğu ücün Reanimasiya şöbəsinə yerləşdirilib. Digər şəxslərin durumu isə kafi qiymətləndirilir.
Zəhərlənən şəxslərin qohumlarının bildirdiyinə görə, ailə üzvüləri axşam yeməyində özləri bağladıqları pomidor turşusundan istifadə ediblər.
\Report.az\