8 Noyabr 2016 00:52
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Rusiyanın paytaxtı Moskvanın cənub-qərbində ticarət mərkəzlərindən birinin avtodayanacağında güllə yarası almış ikiqat dünya çempionunun cəsədi tapılıb.

Teleqraf.com-un “Tass”a istinadən verdiyi məlumata görə, qətlə yetirilən kikboksçunun Cəbrayıl Cəbrayılov adlı azərbaycanlı olduğu üzə çıxıb. Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, polis cinayətdə şübhəli bilinən şəxsi Bakıya uçmağa hazırlaşan təyyarənin içində saxlayıb.

Kikboksçu Makarov tipli tapança ilə öldürülüb. Cinayəti törədən şəxsin Şimali qafqazlı olduğunu müəyyənləşib. Döş qəfəsindən güllə yarası alan Cəbrayıl Cəbrayılov hadisə yerindəcə keçinib. İlkin məlumatlara görə, 29 yaşlı idmançı ilə onun tanışı arasında mübahisə maliyyə məsələsinə görə düşüb. Yayılan video rolikdə hadisənin başqa iştirakçısının avtomobildən çıxıb, cinayət yerində sakitcə gizləndiyi bəlli olur. Cinayətdə şübhəli bilinən şəxslər qətldən dərhal sonra təyyarəyə bilet alıblar. Polis şübhəliləri Şeremetyevo aeroportunda bortdan çıxarıb.

Qətl və qanunsuz silah saxlama fakt üzrə cinayət işi başlanılıb.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər