8 Noyabr 2016 11:24
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Maşallah Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə şahid Salyan Hüseynov ifadə verib.

Şahid Maşallah Əhmədovun onu aldatdığını bildirib: "Maşallahı 20 il ildir ki, tanıyıram. Oğlumun banka borcu var idi. Maşallahın yanına gedib, bu haqda ona dedim. O da mənə məsələni həll edəcəyini bildirdi. Banka gedib 12 min dollar kredit götürdük. Maşallah özündə qalmasını istədi. Oğlum Sərxan da onun yanında qaldı. Sonra Maşallahdan xəbər çıxmadı. Bankdan zəng gəldi ki, krediti ödəmək lazımdır. Maşallah məni aldatdı. Sonra oğlumu kreditə görə həbs etdilər.

Maşallah mənə əvvəl 4800 manat, daha sonra 1500 manat da verdi. Daş satıb həmin pulları versə də, hazırda onun mənə 3000 manat borcu var".

MaşallahƏhmədov isə şahidin yalan danışdığını deyib: "Mən 5 min 83 manatı ona pul ödədim. Daşları da onlar satdı".

Şahid Salyan Hüseynovun zərərçəkən oğlu Sərxan Hüseynov deyib ki, Maşallahdan pulunu istəyib: "Onlara getdim. Maşallah məni görən kimi çarpayının altında gizləndi".

Digər şahid Taryel Məmmədov da dindirilib. Onun sözlərinə görə, daşlar əvvəl onun çalışdığı sexə yığılıb: "Maşallah, Yusif müəlllim, Fəqan və digər bir nəfər sexə gəldilr. Daşlar sexə yığılmışdı. Daha sonra Fəqan bir maşın daş apardı. Mənə də 200 manat pul verdilər".

Proses noyabrın 15-də davam edəcək.

Maşallah Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərdən 150 min manatdan artıq pul alaraq xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin sözünə əməl etməyib, həmin şəxslərin də pulunu qaytarmayıb.

Binəqədi Rayon Məhkəməsi Maşallah Əhmədov barəsində ev dustaqlığı barədə qərara qəbul edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər