8 Noyabr 2016 11:58
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Sevil Massivi” Mənzil Tikinti Kooperativinin (MTK) təsisçisi Aynur Zeynalov, kooperativin direktoru Elçin İsmayılov, həmçinin digər təqsirləndirilənlər - Zabit Çələbiyev, Mirnamat Miradiyev, Səbinə Əliyevanın cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Eyvaz Mehdiyev ifadə verib.

O bildirib ki, şirkətdən torpaq, mənzil və obyekt alıb: "33 min 100 manat ödəniş etmişəm, sonradan pulumu almışam. Şikayətim yoxdur".

Hakim deyib ki, prosesə gəlməyən zərərçəkmişlərlə bağlı Daxili İşlər Nazirliyinə edilib.

Proses noyabrın 15-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər