Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında təqsirləndirilən Fərid Sadıqov və Zaur Əşrəfovun cinayət işi üzrə məhkəmə keçirilib.
Teleqraf.com-un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçən prosesdə şahid qismində Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq Quliyev ifadə verib.
O, bildirib ki, Xətai rayonu ərazisinidə yanan binanın üzlənməsi Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi olub: “Həmin işlərə onlar nəzarət edirdilər”.
Proses noyabrın 15-də davam edəcək.
İttihama görə, yanğın hadisəsi ötən il aprelin 10-da Bakının Xətai rayonu, Zığ yolu,16 ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən doqquzmərtəbəli yaşayış binasının fasadının poliuretan materialla üzlənməsi yanğınla nəticələnib.
Bu hadisədən sonra Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarov həbs olunublar.
Nüsrət Muxtarov iyulun 13-də saxlandığı Bakı İstintaq Təcridxanasında vəfat edib.
Hacı Zeynalov