8 Noyabr 2016 16:13
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Zaur Şirinovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu il mayın 29-da Xızı rayonunun Qızıl-Qazma qəsəbəsində Sumqayıt şəhər sakini Zaur Şirinov idarə etdiyi “Hyundai” markalı mikroavtobusu dərəyə aşırıb.

Nəticədə Zaur Şirinovun sərnişinlərindən həmyerliləri - 1963-cü il təvəllüdlü Billurə İsmayılova və 1984-cü il təvəllüdlü Kamil Həziyev hadisə yerində ölüb.

Sürücü və digər sərnişinləri - Nizami Abdullayev, Əsəd Qurbanov, Lalə Rəhmanova, Ziba Rəhmanova, Rasim Rzayev, Qafar Abdullayev, Saylar Mikayılov, Leyla Fərhadova, İradə Əliyeva, İsmayıl Feyzullayev, Fərqanə Fərzəliyeva, Hədiyyə Əliyeva, İndira Mollayeva, Nigar Kazımlı, Vüsalə Ağabəyli, Mehman İsmayılov, Zərxanım Sərtayeva, Sumeddin Qasımov, Şəfəq Süleymanova, Günel Bəşirova, Sərxan Abdullayev, Vaqif Talıbov və Samir Xıdırov xəstəxanaya yerləşdiriliblər. Sərxan Abdullayev orada ölüb.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Zaur Şirinov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər