Bakının Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, noyabrın 8-də Binəqədi rayonu ərazisində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Aqil Ağayev yolun kənarında dayanan Sumqayıt şəhər sakini Samir Məmmədova məxsus “VAZ-2107” markalı avtomobildən mobil telefonu götürüb.
Aqil Ağayev avtomobildən mobil telefonu götürəndən sonra qaçarkən Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi, Binəqədi rayon Polis İdarəsunun 4-cü polis bölməsi və Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən tutulub.
Hacı Zeynalov