Şəmkir rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Muxtariyyat kəndində qeydə alınıb.
Kənd sakini Samir Mustafayev evindən oğurluq edilməsi ilə bağlı Şəmkir rayon polis şöbəsinə müraciət edib. O, bildirib ki, oktyabrın 6-dan noyabrın 5-dək olan müddətdə evdə olmayıblar. Onun bildirdiyinə görə, bu müddətdə evindən 6500 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Hümbət Axundov tutulub. Cinayətin daha 1 iştirakçısı isə müəyyən edilib.
Həmin şəxsin də tutulması istiqamətində əməliyyat tədbirləri görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov