10 Noyabr 2016 13:55
1 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov, Fərahim Baxışlı və Nemət Fərhadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrlik etdiyi prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, təqsirləndirilən şəxslər Nərimanov rayon ərazisində Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin xidməti otağından oğurluq ediblər. Onlar prorektorun seyfini aparıblar, ümumilikdə 429 min 172 manat dəyərində pulu keçiriblər.

Sübhan Ələkbərov istintaqa deyib ki, orta məktıbi 7-ci sinfəcən oxuyub: "Yanvar ayının 8-də oğurluq etmək qərarına gəldim. Buna görə Odlar Yurdu Universitetinin binasına getdim və oğurluq etdim. Odlar Yurdu Universitetinin kafesinə gedib-gəlirdim. Bilirdim ki, universitetdə smestr olub, orada pul var".

Prokurorun suallarına cavabda təqsirləndirilən şəxs bildirib ki, Odlar Yurdu Universitetinin binasında Vüqar Vəliyevin otağında olub: "Mən oğurluq cinayəti törətmişəm. Kimin otağında olmuşam və ya olmamışam, bunun işə nə adiyyatı var? Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin bura cağırılmasını istəyirəm. Çünki mənim oğurluq etməyimi hardan bildiyini söyləsin".

Təqsirləndirilən şəxs qeyd edib ki, oğurluğu Vüqar Vəliyevlə planlaşdırıb: "Vüqar Vəliyev pul olduğunu dedi. Oğurladığımız pulun 20 faizini Vüqar Vəliyevə verəcəyimizə razılaşdıq".

Sübhan Ələkbərovun sözlərinə görə, Vüqar Vəliyevə külli miqdarda pul oğurlayıb həyatılarını dəyişəcəklərini deyib: "Vüqar aralıdan Munir müəllimin otağını göstərdi, pulun orada seyfdə olduğunu dedi. Vüqar seyfdə 100 min manatın olacağını təxmin edirdi. Həmin gün axşam Vüqar evimizə gəldi, kağız üzərində universitetin giriş-çıxışının sxemini çəkdi. Həmin vaxt Vüqara kiminlə oğurluq edəcəyimi də dedim".


Təqsirləndirilən şəxs qeyd edib ki, əvvəllər tanıdığı Pərvizlə Hökməli qəsəbəsində görüşüb, oğurluq planını ona danışıb: "Pərviz oğurluğa uşaqlarıa gələcəyini dedi. Ona puldan 20 faizin Vüqara çatacağını bildirdim, Pərviz də razılaşdı".

Təqsirləndirilən şəxs daha sonra oğurluğun təfərrüatlarını danışıb: "Pərviz, Ramin və Həzrətlə birlikdə Odlar Yurdu Universitetinin hasarından aşıb Minur nüəllimin otağına girdik. Otaqda 3 dəmir seyf vardı. Bu vaxt həyətdə səs gəldi. Ramili həyətə göndərdik ki, gələnlərlə bağlı nəlumat versin. Sonra seyfi götürüb gəldiyimiz maşına qoyduq və Hökməli qəsəbəsinə apardıq. Orada seyfi sındıraraq pulları saydıq. Pulun 20 min manatını Vüqar Vəliyevə ayırdım, qalanını isə öz atamızda böldük".

Sübhan Ələkbərovun sözlərinə görə, öz payına düşən pullarla evə gəlib, paltarını dəyişərək Sabirabad rayonuna yola düşüb.

Təqsirləndirilən şəxs qeyd edib ki, yeznəsi Vüqar Vəliyevlə münasibətləri ailə münaqişəsi zəminində pisdir: "Vüqarın sözü ilə oğurluq etmişəm, bu gün də ona görə burada oturmuşam. Vüqar bizim evdə yaşayıb, onunla ailə münasibətinin pozulduğunu valideynlərim mənə deməyiblər. Bilsəydim, onun sözünə qulaq asmazdım".

Təqsirləndirilən şəxs qeyd edib ki, seyfdə 120 min pul olub: "Daha orada 400 min manatın olduğunu, qalanını kimin götürdüyünü bilmirəm. Seyfi özüm kəsdim, orda 120 min manatdan artıq pul yox idi".

Digər təqsirləndirilən Pərviz Quliyev istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Fərahim Baxışlı ifadəsində qeyd edib ki, Sabirabadda olduğu zaman Sübhan Ələkbərov ona zəng edib: "Dedi, Bakıya gəl, qız qaçıracam. Mən də dostum Mirsənanın "Naz-lifan"ında Balıya gəldik. Qız qaçıra bilməsək də, oğurluq etdik. Mənə 1000 manat çatdı".

Proses noyabrın noyabrın 18-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər