10 Noyabr 2016 17:58
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə dövlət başçısının tapşırıqlarına əsasən həyata keçirilən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin seçimi davam edir.

Məhkəmə Hüquq Şurasından Teleqraf.com-a verilən məlumata görə, hakim olmaq üçün namizədliyini irəli sürmüş 800-dən çox hüquqşünasla “Bakı Kristal Zalı”nda test imtahanı, habelə həmin imtahanda müvəffəqiyyət qazanmış 359 nəfər namizədlə yazılı imtahan təşkil olunub.

Bütün namizədlərlə bərabər şəraitdə, vahid zalda keçirilən bu imtahanlar çoxsaylı müşahidəçilər və KİV nümayəndələri tərəfindən tam izlənilib, şəffaflığın təmin edilməsi məqsədilə proseslər “onlayn” rejimində internet vasitəsilə birbaşa yayımlanıb.

Yazılı imtahanın nəticələrinə görə, 176 nəfər müsabiqənin növbəti mərhələsinə – şifahi imtahana buraxılın. 183 nəfər isə müvafiq bal toplaya bilməyib və onlardan 7 nəfəri imtahan nəticələrinin iştirakları ilə yenidən araşdırılmasını xahiş edib.

Bununla əlaqədar məsələyə Hakimlərin Seçki Komitəsi tərəfindən 10 noyabr 2016-cı il tarixdə həmin namizədlərin, habelə, QHT nümayəndələrinin iştirakı ilə açıq apelyasiya qaydasında baxılıb.

Proses zamanı hakimliyə namizədlərin cavabları bir daha yoxlanılmaqla nəticələrin düzgün hesablandığı müəyyən olunub, onlar öz cavab vərəqələri ilə tanış edilib, yol verdikləri səhv və nöqsanlar diqqətlərinə çatdırılıb və müvafiq izahlar verilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər