10 Noyabr 2016 21:39
1 401
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva məhkəməsi kriminal aləmdə “Şakro Molodoy” kimi tanınan “qanuni oğru” Zaxariya Kalaşovun həbs müddətinin dekbarın 15-dək uzadılması ilə bağlı qərar qəbul edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qərar müstəntiqin tələbi ilə qəbul edilib. İşi aparan müstəntiqin sözlərinə görə, adı çəkilən şəxs, xüsusilə ağır cinayət törətməkdə ittiham olunduğu üçün onun azadlıqda qalması təhlükəlidir və o, azadlığa buraxıldıqdan sonra istintaqdan gizlənə bilər.

Qeyd edək ki, “Şakro Molodoy” ötən il dekabrın 14-də Moskvanın Roçdelsk küçəsində yerləşən “Elements” restoranında baş verən atışma ilə bağlı saxlanılıb.

Elvin


Müəllif:

Oxşar xəbərlər