11 Noyabr 2016 01:39
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının məhşur ticarət mərkəzində bədbəxt hadisə baş verib.

Teleqraf.com criminal.az-a istinadən xəbər verir ki, ''Gənclik Mall''da qapıdan keçmək istəyən qadın ağır xəsarət alıb. Qadının başı qapının arasında qalıb. Gözündən xəsarət alan qadına hadisə şahidləri köməklik ediblər. Yaxınlıqdakı kafeyə aparılan qadının gözündən gələn qanın qarşısı alınıb, ilkin tibbi yardım göstərilib.

Hadisə şahidləri deyir ki, ticarət mərkəzinin qapısı çox təhlükəlidir. Orada hər an insanlar xəsarət ala bilər.


Müəllif: