Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan general Akif Çovdarovun işində zərərçəkən kimi tanınmış, həm də dələduzluqda təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə şahid qismində Tural Hüseynov, Tahir İbrahimov, Qüdrət Süleymanova ifadə veriblər.
Onlar istintaqa verdikləri ifadələri təsdiqləyiblər.
Məhkəmə nobabrın 14-də davam etdiriləcəcək.
İttihamda qeyd olunur ki, İlham Qasımov şair və iş adamı Gülağa Qəmbərovun (GülağaTənha) 19.5 milyon dollarını mənimsəyib. Gülağa Qəmbərov pulu İlham Qasımova iş qurmaq adı ilə verib.
İlham Qasımov Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui- istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.
O, hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi də tanınıb. Akif Çovdarov İlham Qasımovu təhdid edərək külli miqdarda pulunu alıb.
Hacı Zeynalov