Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, şəhər sakini Xaliq Əbilov naməlum şəxs tərəfindən bıçaqlanıb.
Xəstəxanaya yerləşdirilən Xaliq Əbilovun həyatını xilas etmək mümkün olub.
Sumqayıt şəhər Polis İdarəsi 2-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini Nurlan Əbulov tutulub.
Nurlan Əbilov əvvəllər məhkum olunub. Hadisənin pul borcu üstündə baş verdiyi bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov