11 Noyabr 2016 17:39
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər terrorçu təşkilatların tərkibində döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Zərbəli Abdullazadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Samir Əliyevin prosesdə hökm oxunub.

O, 10 il azadlıqdan məhrum edilib.

Zərbəli Abdullazadə 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya və İraqa gedib. O, həmin dövlətlərin ərazisində qanunsuz fəaliyyət göstərən “İslam dövləti” (İŞİD) və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələnib.

Təlimlər başa çatdıqdan sonra onlar Suriya və İraq ərazisində sabit terrorçu və digər qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər