Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayon ərazisində yerləşən kafelərin birində qeydə alınıb.
Kafeyə müştəri kimi gələn Şəki şəhər sakini, 37 yaşlı Elşən Yusifov spirtli içki içib. Bu zaman onun başqa masada əyləşən bir nəfərlə mübahisəsi düşüb. Elşən Yusifov həmin şəxsi söyüb. Naməlum şəxs Elşən Yusifovun təhqiredici ifadələrinə dözməyib və masanın üzərində meyvə soymaq üçün qoyulan bıçaqla ona xəsarət yetirib. Daha sonra həmin şəxs kafeni tərk edib.
Elşən Yusifov xəstəxanaya çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinə məlumat verilib.
Hazırda polis əməkdaşları hadisəni törədən şəxsin müəyyən edilərək həbs edilməsi üçün əməliyyat tədbirləri görürlər.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov