12 Noyabr 2016 20:15
3 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün İstambulun Esenyurt Fatih məhəlləsində qorxunc hadisə baş verib.

Teleqraf.com-un "Milliyet"ə istinadən xəbərinə görə, təmizlik işçiləri zibil konteynerini boşaldarkən, onun içərisində ədyala bürünmüş meyit aşkarlayıblar.

Hadisə barədə polisə məlumat verilib. Polis araşdırma zamanı öldürülən şəxsin bədənində 19 bıçaq yarası olduğunu təsbit edib.

Araşdırma davam edərkə polisə 907-cü küçədə cinayət baş verdiyi barədə xəbər daxil olub. Deyilən ünvana gedən polislər evdə silinmiş qan izləri aşkar edib. Hadisə vaxtı evdə olan ikisi qadın olmaqla 3 nəfər həbs edilib. Onlar dindirildikdən sonra cinayətin səbəbi aydın olub.

Belə ki, zibillikdən tapılan cəsəd 38 yaşlı suriyalı Ahmad Zahraya aiddir. Zahranın arvadı, 27 yaşlı Məryem Mehnənin 28 yaşlı Əhməd Abusteflə sevgili olduğu aydınlaşıb. 3 gün əvvəl onun əri bu xəyanətdən xəbər tutub. İddiaya görə ertəsi gün evə tez gələn ər Ahmad Zahra Əhməd Abustefi evdə görüncə onların arasında dava düşüb. Dava zamanı Abusef və Məryəm Mehnə Əhmad Zahranı bıçaqlayıblar.

Bu cinayətlə əlaqədar Məryəm Mehnə, sevgilisi Əhmad Abustef və baldızı Nede Muhanna həbs ediliblər.

Nihad


Müəllif:

Oxşar xəbərlər