Göyçay rayonunda qətl hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Alpoud kəndində qeydə alınıb.
Sumqayıt şəhər sakini Araz Kərimov həmin kəndə yaşayan nənəsinin evində bacısı Zeynəb İsrafilovanı bıçaqlayaraq öldürüb.
Hadisədən bir gün əvvəl Zeynəb İsrafilova yaşadığı Bakı şəhərindən nənəsinin evinə qonaq gəlib. Həmin vaxt orada qardaş və bacı arasında mübahisə yaranıb.
Mübahisə zamanı Araz Kərimov bacısını bıçaqlayaraq öldürüb.
Məlumata görə, Zeynəb İsrafilovanın iki uşağı olub. O, bir il əvvəl ailəsindən ayrılıb və ayrı yaşayıb. Hadisə də qısqanclıq zəminində baş verib.
Belə ki, Zeynəb İsrafilovanın başqa bir kişi ilə münasibət saxlaması Araz Kərimovun xoşuna gəlməyib. Bu səbəbdən o, bacısına xəbərdarlıq edib. Onun xəbərdarlıq etməsinə baxmayaraq, Zeynəb İsrafilova həmin kişi ilə münasibət saxlamaqda davam edib. bacı qardaş arasında mübahisə sonda cinayətlə nəticələnib.
Hadisəni törədən Araz Kərimov həbs edilib.
Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov