Günün ikinci yarısındakı prosesdə Akif Çovdarov süni nəfəs aparatı ilə iştirak edib. Ona oksigen balonu ilə süni nəfəs verilib.
Məhkəmə iclasında Akif Çovdarovun vəkilləri hakim heyətinə etiraz edib. Vəsatət baxılmamış saxlanılıb.
Bundan sonra Akif Çovdarov vəkillərindən imtina etməsi ilə bağlı məhkəməyə ərizə təqdim edib. Bildirib ki, vəkillər müalicə məsələsini həll edə bilmirlər: “Belə vəkillər mənə lazım deyil”.
Hakimlər müşavirəyə gediblər.
Proses noyabrın 15-də, saat 15.00-da davam edəcək.
***
Akif Çovdarov və digər təqsirləndirilən şəxslərin məhkəməsi saat 12:30-da davam edib.
Təqsirləndirilənlərdən Səlim Məmmədov və Orxan Osmanov məhkəməyə gətirilsə də, Akif Çovdarovun prosesə gəlməsi mümkün olmaylb. Məhkəməyə bununla bağlı İstintaq Təcridxanasından arayış göndərilib.
Ancaq məhkəmə arayış ıqəbul etməyib, Çovdarov məhməhkəmə gətirilib. Sabiq MTN generalı vəkili Kamandar Nəsibovla görüş tələb edib, hakim bu istəyi təmin edib.
Hazırda Çovdarov vəkili ilə görüşür
***
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
Teleqraf.com xəbər verir ki, Akif Çovdarov və digər şəxslərin cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri Həbib Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılır.
Cinayət işinə Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxılır. Prosesə yenə də Akif Çovdarov gətirilməyib.
Qapalı keçirilən prosesdə bildirilib ki, Akif Çovdarovun səhhətində problem yaranıb və bu səbəbdən proses saat 12.30-a qədər təxirə salınıb.
Cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
Hacı Zeynalov