14 Noyabr 2016 15:38
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan general Akif Çovdarovun işində zərərçəkən kimi tanınmış, həm də dələduzluqda təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, İlham Qasımovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses noyabrın 18-də davam edəcək.

Qeyd edək ki, İlham Qasımov rəhbəri olduğu şirkətin inşa etdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.
İlham Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi də tanınıb.

İlham Qasımovun cinayət işi üzrə zərərçəkmiş şəxs qismində Gülağa Qəmbərov (şair Gülağa Tənha) bildirib ki, 19,5 milyon dolları İlham Qasımova verib. Onun sözlərinə görə, İlham Qasımov həmin məbləğdə pulu ondan iş qurmaq adı ilə alıb: “Biz 10 milyon dollara ev tikməliydik. 5 milyon dolları isə iş tamamlanmalı idi. Lakin iş alınmadı.

Hacı Zeynalov


Müəllif: