14 Noyabr 2016 17:24
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Niyaz Fərəməzov, Namiq Pirverdiyev və Semran İlyasovun məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı sakini, 24 yaşlı Niyaz Fərəməzov toydan sonra borclarını qaytarmaq üçün pul tapa bilmədikdə oğurluq etmək qərarına gəlib.

O, tanışları - şəhər sakinləri Namiq Pirverdiyev və Simran İlyasovla görüşərək fikrini onlara bildirib və kömək istəyib. Beləliklə, ötən ilin oktyabrın 5-də Niyaz Fərəməzov adıçəkilən şəxslərlə yaxın qohumu Fərqanə İbrahimovanın evindən qızıl əşyaları oğurlayıb.

Qız qaçırdıb özünə toy edən Niyaz Fərəməzov toy borclarını da ödəyə bilmədiyi üçün bu yola əl atdığını bildirib.

Məhkəmənin hökmü ilə Niyaz Fərəməzov 8 il, digərlərinin hər biri 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər