Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ötən gün ərzində inzibati xəta törədən 7768 sürücünü cərimələyib.
Bu barədə Teleqraf.com-a idarədən məlumat verilib.
Qurumdan bildirilib ki, noyabrın 14-də ölkə ərazisində inzibati məsuliyyətə cəlb olunan sürücülərdən 44-ü sükan arxasına sərxoş halda əyləşdiyinə, 2 nəfər isə avtoxuliqanlıq etdiyinə görə cəzalandırılıb.