15 Noyabr 2016 22:11
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada iki böyük tacik mafiyası arasında müharibə başlayıb.

Teleqraf.com "Rosbalt"a istinadən xəbər verir ki, bununla bağlı Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb. "Kriminal avtoritetlər" Hacı Abucaborr və Lutfullo arasında münasibətlərin pozulması iki böyük mafiyanın üz-üzə gəlməsinə səbəb olub.

"Son zamanlara kimi onlar dostluq münasibətləri saxlayırdı. Hacı Abucaborr "Moskva", "Cənub qapısı" mərkəzlərindəki və bazarlardakı bütün tacik fəhlələri nəzarətdə saxlayırdı. Lutfullo vaxtilə Abucaborra Moskvada tacik mafiyasının əsas adamlarından birinə çevrilməsi üçün yardım göstərib. Buna görə o Abucaborrun kriminal gəlirlərindən böyük pay alırdı. Ancaq bu vəziyyət Abucaborru qane etmirdi.

Öz dəstəsini yaradan Abucaborr qərara gəlib ki, daha ona Lutfullonun köməyi lazım deyil və o, tacik mafiyasının əsas lideri ola bilər. Bu məqsədlə o, əvvəlcə Lutfulloya çatacaq pulun bir hissəsini mənimsədi və daha sonra, ümumiyyətlə, ona bir qəpik belə vermədi. "Mən də sənin kimi mafiya babasıyam. Nə üçün sənə bac verməliyəm" deyən Abucabbor asılılıq münasibətlərinə son qoyaraq müharibə yolunu seçdi. "Ən yaxşı müdafiə hücumdur" prinsipinə üstünlük verən Abucabbor Lutfullonu iz buraxmadan aradan götürmək qərarına gəldi. O, əvvəlcə Moskvanı tərk etdi.

Elə bu zaman bir neçə silahlı Lutfulloya atəş açdılar. Heç kəs şübhə etmirdi ki, sifariş Abucabbordan gəlib. Şübhələri aradan qaldırmaq üçün o, Moskvaya qayıtdı. Bildirdi ki, Moskvanı tərk etməsi heç də Lutfullo ilə bağlı olmayıb: "Polislər mənim evimə gəlib, Rusiya pasportumu zorla əlimdən aldılar və məni ölkədən çıxmağa vadar etdilər. Buna görə Tacikistana getdim və diplomatik pasport hazırladaraq Rusiyaya döndüm".

Ancaq Lutfullo və onun adamları bu versiyaya inanmayıblar. Hazırda avtoritet aldığı xəsarətlərə görə müalicə alır. Sağaldıqdan sonra o, cavab tədbirləri görəcəyinə söz verib. Bundan qorxuya düşən Abucaborr mühafizəsini gücləndirib.

Elvin


Müəllif:

Oxşar xəbərlər