Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, rayon sakini, 44 yaşlı Ağalı Hüseynov naməlum şəxs tərəfindən bıçaqlanıb.
Ağalı Hüseynov Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Ağalı Hüseynovun taksi sürücü olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov