16 Noyabr 2016 11:19
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını öldürməkdə təqsirli bilinən Emin Çobanovun cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakının Nərimanov rayonunda yaşayan Emin Çobanov münaqişə zəminində bacısı Rübabəyə mətbəxdən götürdüyü bıçaqla bir neçə zərbə vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Bu ilon mayın 26-da səhər yuxudan oyanan Rübabə işə getməyə hazırlaşıb, səs-küy salıb. Yuxudan səs-küyə oyanan Emin bacısını bıçaqlayaraq öldürüb.

Emin Çobanov istintaqa verdiyi ifadəsində hadisəni belə danışıb: "Yuxudan oyanaraq dedim ki, niyə səs salırsan? Bacım da etiraz elədi ki, mən səs eləyən kimi acıqlanırsan. Ona "səni təpiyimin altına salaram" dedim, aramızda mübahisə başladı”.

Qardaşla bacı arasında bu cür mübahisələr tez-tez baş verib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı noyabrın 23-nə təyin edilib.


Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər