3 İyul 2014 14:42
1 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sabirabad rayon Məhkəməsinin binasında gənc qadın intihara cəhd edib. Bu barədə Teleqraf.com-a hadisənin şahidləri məlumat verib.

Məlumata görə, məhkəmənin binası qarşısında qadın damarlarını doğrayıb. Hadisə yerinə rayon Polis Şöbəsinin və rayon təcili tibbi yardım stansiyasının həkim briqadası gəlib.

Hadisə yerində qadına ilkin tibbi yardım göstərilib və daha sonra onu xəstəxanaya aparıblar.

Sabirabad Rayon Məhkəməsindən Teleqraf.com-a deyiblər ki, intihara cəhd edən qadının icra şöbəsi ilə problemi yaranıb. Bildirilib ki, qadın məhkəmənin binası qarşısında intihara cəhd etsə də, onun məhkəmə ilə bağlı hər hansı bir işi olmayıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, gənc qadın bir neçə ay əvvəl ərindən boşanıb. Məhkəmə boşanın qadının ərinə azyaşlı övladı 18 yaşına çatana kimi aliment kəsib. Lakin qadından ayrılan kişi alimenti ödəməkdən imtina edib. Dəfələrlə icra şöbəsinə gedən qadın məhkəmənin qərarının icra olunmasını istəyib. Bu gün səhər saatlarında da icra şöbəsinə gedən qadın probleminin həll olunmadığını görüb. O, çıxış yolunu özünü öldürməkdə görüb.


Sabirabad rayon Polis Şöbəsindən Teleqraf.com-a faktı təsdiqləyiblər. Bildiriblər ki, hadisə ilə bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: