Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Cəmil İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Cəmil İbrahimovun törətdiyi cinayət əməlinin məhkəmədə sübuta yetirildiyini bildirib, ona 5 il həbs cəzası istəyib.
Proses noyabrın 25-də davam edəcək.
İttihama görə, Cəmil İbrahimov mübahisə zəminində taksi sürücüsü Amid Bağırovu bıçaqlayıb. Cəmil İbrahimov dəniz kənarında taksiyə minib. Yolda pul üstündə mübahisə qanlı cinayətlə nəticələnib.
Cəmil Ibrahimov Bakı Biznes Universitetinin 4-cü kurs tələbəsidir. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Hacı Zeynalov