17 Noyabr 2016 14:41
1 562
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər sakini sosial şəbəkədə şantaj olunması ilə bağlı polisə müraciət edib.

Teleqraf.com xəbər verir ki, noyabrın 16-da Gəncə şəhərinin Yeni Gəncə qəsəbə sakini Rəfiqə (ad şərtidir) Kəpəz rayon Polis İdarəsinə ərizə yazıb.

O, bildirib ki, sosial şəbəkədə tanış olduğu “Maqa Qurbanlı” ləqəbli şəxs 055-634-34-14 nömrəsindən ona zəng edib. Həmin şəxs onu, şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələyib, əxlaqsız təkliflər edib, bu təkliflərə razılaşmasını və ya 200 manat pul verməsini tələb edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gülüstan qəsəbəsinin sakini Məhərrəm Qurbanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər