Şəki şəhərində bıçaqlanma hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə şəhərin L. Tolstoy küçəsi, ev 12 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1971-ci il təvəllüdlü Yaşar Əliheydərov tanışı, 1982-ci il təvəllüdlü Etibar Sədrəddinov tərəfindən bıçaqlanıb.
Yaşar Əliheydərov bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən Etibar Sədrəddinov həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov