Bakının Nəsimi rayonunda oğurluq və narkotik vasitələrini qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Abşeron rayon sakini Feyruz Novruzov, Bakı şəhər sakinləri Natiq İsayev, Eldəniz Vəliyev, İsmayıl Yusifov, Neftçala rayon sakinləri - Vüsal Əsgərov, Şahmar Abdulov və Zəngilan rayon sakini Vüqar Səlimov həbs ediliblər.
Feyruz Novruzov və Natiq İsayevin əvvəllər məhkum olunduqları üzə çıxıb.
Bildirilir ki, dəstə üzvləri bu ilin noyabrın 2-də Nəsimi rayonu ərazisində yerləşən lombardlardan birindən 9 min manat pul və xeyli miqdarda qızıl əşyaları oğurlayıblar.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov