18 Noyabr 2016 11:19
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda törədilən qətlin üstü açılıb.

Teleqraf.com xəbər verir ki, noyabrın 13-də Ağstafa şəhəri ərazisindən Bakı şəhər sakini Tural Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti Ağstafa şəhər sakini Samir Əliyevə məxsus “VAZ-2106” markalı avtomobildə xəstəxanaya gətirilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ağstafa şəhər sakinləri Samir Əliyev və Fərid Əliyev paytaxtın Sabunçu rayonu ərazisində tutulublar.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər