18 Noyabr 2016 14:53
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Günün ikinci yarısında ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı barəsində cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesin təxirə salınmasına səbəb şahidlərin məhkəməyə gəlməməsi olub.

Proses noyabrın 23-də davam edəcək.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə Abbas Hüseynov hakimin onlarla aqressiv davrandığını deyib.

Hakim isə aqressiya ilə danışmadığını bildirib və əlavə edib ki, məhkəmə qaydalarına əməl etməyənlərin cəzalandırılacaq.

Daha sonra vəkil Yalçın İmanov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi, Nardaranda həyata keçirilən əməliyyata rəhbərlik edən Kərim Əlimərdanovun, eləcə də istintaq zamanı idarənin müvəqqəti saxlanma təcridxanasında Abbbas Hüseynovla eyni kamerada saxlanılan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin idarə heyətinin sabiq sədri Cahangir Hacıyevin məhkəmədə dindirilməsi barədə vəsatətlər verib. Müdafiə tərəfi Abbas Hüseynova işgəncə verildiyini və Cahangir Hacıyevin buna şahid oldugunu iddia edir.

Hakim vəsatətlərin müzakirə olunacağını elan edib. Proses günün ikinci yarısında davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər