Bakının Nizami rayonu ərazisində bədbəxt hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, 70 yaşlı Bakı sakini Nurəddin İbrahimov evdə elektrik qızdırıcısının üzərinə yıxılıb.
Yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən Nurəddin İbrahimovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov