20 Noyabr 2016 12:38
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhər saatlarında Sumqayıt şəhəri, Bakı-Quba yolunun 19-cu kilometrliyində “Renault” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb.

Teleqraf.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, dərhal nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Xilasedicilər deformasiyaya uğramış avtomobilin içərisində sıxılmış vəziyyətdə qalan 2 nəfəri və 1988-ci il təvəllüdlü Elşən Qismət oğlu Əliyevin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Müəllif:

Oxşar xəbərlər