21 Noyabr 2016 15:29
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnmiş yol qəzası törətməkdə təqsirləndirilən Rahim Hüseynovun məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Tamela Nəsrullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib. Son söz deyib qurtarandan sonra huşunu itirərək, yerə yıxılıb.

Penitensiar Xidmətin əməkdaşlarının yardımından sonra Rahim Hüseynovun vəziyyəti normallaşıb.

Hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən sonra Rahim Hüseynovun 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan edilib.

İttihama görə, bu il iyunun 15-də saat 13 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Rahim Hüseynov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən qəsəbə sakini, 4 yaşlı Nuranə Zeynalovanı vurub. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər