21 Noyabr 2016 18:29
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilən Orxan Adiyev, İbad Muxtarov, Məhəbbət Abdullayev və Nizami Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Teleqraf.com xəbər verir ki, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Azərbaycan vətəndaşları – Orxan Adiyev, İbad Muxtarov, Məhəbbət Abdullayev və Nizami Mahmudov Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, bu 4 nəfər 2012-2015-ci illər ərzində qeyri-qanuni yolla Suriy və İraqın ərazisinə keçiblər.

Onlar həmin dövlətlərin ərazisində fəaliyyət göstərən İŞİD və digər terror təşkilatlarının, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində təlimlər keçib, hərbi əməliyyatlarda iştirak ediblər.
İbad Muxtarov və Nizami Mahmudova qarşı eyni zamanda soyğunçuluq maddəsi ilə ittiham irəli sürülüb. Onlar Suriyadan Azərbaycana qayıtdıqdan sonra Qobustan qəsəbəsində mağazada soyğunçuluq hadisəsi törədiblər.

Təqsirləndirilən şəxslər elan olunan ittiham üzrə özlərini qismən təqsirli biliblər. Təqsirləndirilən İbad Muxtarov ifadəsində deyib ki, spirtli içki əldə etmək üçün Qobustan qəsəbəsində mağazaya giriblər: “Başqa məqsədimiz yox idi. Ovdan gəlirdik, tüfəng üstümdəydi. Uşaqlar yeyib-içirdi, soruşdum ki, spirtli içki var? Dedilər, yox. Pulumuz da yox idi. Bu məqsədlə, ərzaq dükanına girdik, spirtli içki tələb etdik. 3-4 şüşə içki götürüb getdik. Hətta satıcı bizə pul təklif etsə də, pulu götürmədik”.

Digər təqsirləndirilən şəxslər növbəti prosesdə ifadə verəcəklər.

Proses noyabrın 28-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər