Bakının Nizami rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə Nəsimi küçəsi 32 e, mənzil 86 ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Toğrul Rzayev yaşadığı mənzilin yerləşdiyi 8-ci mərtəbədən özünü ataraq ölüb.
İlkin məlumata görə, Toğrul Rzayev xəstə olduğu və ağrılara dözmədiyindən intihar etdiyi ehtimal olunur.
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb.
Hacı Zeynalov