22 Noyabr 2016 15:14
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Jam.az saytının həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən hazırlıq iclasnda Fikrət Fərəməzoğlunun anket məlumatları dəqiqləşdirilib.

Prosesdə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov əvvəlcə cinayət işinə xitam verilməsi, daha sonra Fikrət Fərəməzoğlunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırıb.

Hər iki vəsatət təmin edilməyib.

Məhkəmə baxışı dekabrın 6-na təyin edilib.

Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu Jam.az və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay 5000 manat tələb etdiyini bildirib.

Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılaraq Fikrət İbişbəyli barəsində həbs qətimkan tədbiri seçilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər