22 Noyabr 2016 16:14
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Yaşar Səmədovun cinayət işi üzrə məhkəmə davam edib.

Teleqraf.com xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı cinayətinin məhkəmədə sübuta yetirildiyini deyib. Prokuror Yaşar Səmədova 11 il həbs cəzası istəyib.

Proses dekabrın 2-də davam edəcək.

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanlara külli miqdarda ziyan vuran Bakı şəhər sakini, əvvəllər dələduzluq əməlinə görə dəfələrlə məhkum olunmuş Yaşar Səmədov saxlanılıb.

Saxlanılan şəxs adamları əsasən işə düzəltmək adı ilə aldadaraq pul alıb, lakin verdiyi vədləri yerinə yetirməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər