23 Noyabr 2016 15:43
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, prosesdə təqsirləndirilən Abbas Hüseynovun hakim Əlövsət Abbasova verdiyi etiraz müzakirə edilib.

Vəkillər etirazı müdafiə ediblər. Prokuror Nəsib Bayramov isə etirazın əsassız olduğunu bildirib. Daha sonra digər hakimlər Eldar Mikayılov və Mahmud Ağalarov müşavirəyə gediblər. Müşavirədən sonra qərar elan edilib və etiraz baxılmamış saxlanılıb.

Qərarda qeyd olunub ki, etiraz əsaslandırılmayıb və hakim Əlövsət Abbasovun qərəzli olması sübuta yetirilmir.

Proses günün ikinci yarsında davam edəcək.

***

Günün ikinci yarısında ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı barəsində cinayət işi üzrə məhkəmə prosesi baş tutmayıb.

Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesin təxirə salınmasına səbəb şahidlərin məhkəməyə gəlməməsi olub.

Proses noyabrın 28-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər