Bakının Binəqədi rayonunda əcnəbi vətəndaşa qarşı cinayət hadisəsi törədilib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində İran İslam Respublikasının vətəndaşı Tohid Hüseyn naməlum şəxs tərəfindən döyülərək qarət edilib.
O, baş verən hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət edib.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Mehdi İlyasov tutulub.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov