24 Noyabr 2016 13:23
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunmuş “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə cinayət işində olan sənədlər tədqiq edilib. Cinayət işinin 7-ci cilddə olan sənədlərində hadisə zamanı vəfat edən şəxslərlə bağlı ekspertiza rəyləri yer alıb.


Miryusif Mahmudovun vəkilləri İlhamə Həsənova və Şahmar Məmmədov həkimlərin verdiyi ekspertiza rəylərinə etiraz ediblər. Onlar bildiriblər ki, ekspertiza rəyləri mötəbər sübut sayıla bilməz.

Hakim bildirib ki, həkim iki saat ərzində meyitə baxıb, başqa heç nə araşdırma aparmaq imkanı olmayıb. Hakim əlavə edib ki, zərurət yaransa, həkim məhkəməyə çağırıla bilər.
Hakim hadisə yerində çəkilən fotoların cinayət işinə əlavə olunduğunu deyib.

İlhamə Həsənova bildirib ki, həkim rəy verən zaman kimyəvi tədqiqatın nəticəsi olmayıb. Dövlət ittihamçısı Fərid Nağıyev isə deyib ki, vəkillər işin texniki tərəfini bilmirlər. İlhamə Həsənova dövlət ittihamçısının fərziyələrlə danışdığını bildirib.

Daha sonra çıxış edən Miryusif Mahmudov bildirib ki, hakim onun verdiyi ifadəni əzbərdən danışıb: "Bunun belə olduğunu bilməzdim, belə diqqətli olduğuna görə hakimə təşəkkürümü bildirirəm. Nə olar, insanlara göstərək ki, haqq və ədalət var. Vaxtilə "Timur və onun komandası" var idi. Məni də onun gününə salmısınız. Burada "Miryusuf və onun komandası" kimi təqdim olunuram. Miryusif sizə nə edib? Nə deyirəm, şəxsi olduğunu deyirsiz. Amma şəxsi olan ancaq biznesdir".

İlhamə Həsənova bildirib ki, sağlamlığa xəsarət yetirilməsi ilə bağlı zərər çəkən şəxslər ekspertizadan keçirilməyib: "Eksperti məhkəməyə çağırmaq lazımdır. Ekspert bildirsin ki, canlı şəxsi görmədən necə rəy verib".

Fərid Nağıyev isə əlavə edib ki, kimlərinsə ekspertizaya təqdim olunması üçün əsas olmayıb.


İlhamə Həsənova əlavə edib ki, ittihamda Global Construction” MMC-nin binaların üzlənməsində səlahiyyəti olmadğı göstərilib: "Amma işdə olan sənədlərdə sübut olunur ki, Global Construction” MMC-nin binaların üzlənməsində səlahiyyətli olub".

Hakim bildirib ki, iş materallarında Bakı Şəhər Icra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovun baş prokurorun müavini Rüstəm Usubova ünvanladığı məktub var. Bildirilib ki, Hacıbala Abutalıbov binaların üzlənməsi ilə bağlı Bakı icra hakimiyyəti qurumlarının "Global Construction” MMC ilə hər habsı müqavilə bağlamadığını məktubda qeyd edib.
Proses noyabrın 29-da davam edəcək.

Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb. “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər