Qusar rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Urva kəndində qeydə alınıb.
Kənd sakini, 1977-ci il təvəllüdlü Azər Laçınov özünü yaşadığı evdə asaraq ölüb. Azər Laçınovun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Qusar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov