Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin cinayət işi üzrə 1 nəfər barəsində axtarış elan olunub.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Ayaz Kərimov barəsində Cinayət Məcəlləsinin 179.3.2 və 179.3.2-ci (məniməsəmə və israfetmə) maddəsi ilə ittiham elan olunub.
Binəqədi rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. İstintaqdan yayındığı üçün Ayaz Kərimov barəsində axtarış elan olunub.
Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Axtarışda olduğu üçün Ayaz Kərimovun işi bu cinayət işindən ayrılıb və ayrıca icraatda ibtidi istintaq hərəkətləri davam etdirilir.
Hacı Zeynalov