Bakının Sabunçu rayonunda bir nəfər silahla polis bölməsinə gəlib. Teleqraf.com xəbər verir ki, Nardaran qəsəbə sakini Mail Quliyev “TOZ-16” markalı ov tüfəngini könüllü olaraq 42-ci polis bölməsinə təhvil verib.
Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rüstəm Məlikovdan “Walter PPK-699000” markalı tapança, 1 patron darağı və 7 ədəd patron götürülüb.
Hacı Zeynalov